Unibank

Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti "Unibank Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətdə informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş, daxili və xarici qoruma üzrə istifadə edilən qoruma sistemlərinin yeni nəsil "Palo Alto Networks" şəbəkələr arası ekranları (NGFW) ilə əvəzlənməsini həyata keçirmişdir. Layihə çərçivəsində daxili infrastruktur üzrə şəbəkə sxeminin optimallaşdırılması və təhlükəsizliyin təmini üçün şəbəkənin seqmentasiyası həyata keçirilmişdir. NGFW köməyi ilə bankın həm perimetr, həm də daxili şəbəkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:

• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;

Tətbiqi reallaşdırılan layihədə mövcud olan kritik sistemlərin dayanma baş vermədən miqrasiyası həyata keçirilmiş və təhlükəsizlik tədbirlərinin beynəlxalq təcrübəyə əsasən optimallaşdırılması işləri başa çatdırılmışdır. Yeni nəsil şəbəkələr arası ekranlar yüksək dayanıqlıq rejimində quraşdırılmışdır ki, bu da müxtəlif sınaqlarla təsdiqlənmişdir.


Hörmətlə,

İdarə Heyəti Sədrinin müavini

Shahin Mirabutalibov