Yeni nəsil şəbəkələrarası ekranlar (NGFW)

Yeni nəsil şəbəkələrarası ekranlar (Next-generation firewalls, NGFW) proqram və ya apparat üzərindən işləyən və protokol, port və tətbiq səviyyəsində təhlükəsizlik tədbirlərini həyata keçirməklə mürəkkəb hücumları aşkar etmək və bloklamaq imkanı olan bir firewall sinfidir.

Standart firewall və NGFW arasındakı fərq ondan ibarətdir ki, NGFW yoxlamanı daha dərindən və daha ağıllı üsullarla həyata keçirir. NGFW həmçinin active directory ilə inteqrasiya dəstəyi, SSH və SSL yoxlaması və reputasiya əsasında zərərli proqramların filtrasiyası kimi əlavə funksiyalar təqdim edir.

NGFW, coğrafi ərazi və ya cihaz növündən asılı olmayaraq, bütün trafiki (tətbiqlər, təhlükələr və kontent) yoxlayır, onu istifadəçi ilə bağlamaqla proqramları təhlükəsiz şəkildə işə salır və müasir təhlükələrin qarşısını alır. Tətbiq, kontent və istifadəçi – biznesinizi aparan elementlər olaraq sizin Təhlükəsizlik siyasətinizin ayrılmaz komponentlərinə çevrilir. Bu, təhlükəsizliyinizi əsas biznes təşəbbüslərinizlə uyğunlaşdırmağa imkan verir. Yeni nəsil təhlükəsizlik platforması ilə siz insidentlərə cavab vaxtlarını azaldır, naməlum təhlükələri kəşf edir və təhlükəsizlik şəbəkəsinin yerləşdirilməsini sadələşdirirsiniz.

- Bütün trafiki klassifikasiya etməklə və biznes keysləri müəyyən etməklə müvafiq tətbiqlər üçün girişlərə icazə verir və onları qorumaq üçün siyasətlər təyin edir, tətbiqləri, istifadəçiləri və kontenti təhlükəsiz şəkildə aktivləşdirir.

- Təhlükələri azaltmaq üçün arzuolunmaz proqramları aradan qaldırmaqla təhdidlərin qarşısını alır və məlum eksploitləri, virusları, botnetləri və naməlum zərərli proqramları (APT) bloklamaq üçün hədəflənmiş Təhlükəsizlik siyasəti qaydalarını tətbiq edir.

- Tətbiqlərin yoxlanılması, məlumatların təcrid edilməsi, saxta proqramlara nəzarət edilməsi və təhlükələrin dərhal qarşısının alınması ilə məlumat mərkəzlərinizi qoruyur.

- Genişləndirilmiş baxış və nəzarətlə “public” və “private” bulud hesablama mühitlərini qoruyur; Təhlükəsizlik siyasəti qaydalarını virtual maşınlarınızla eyni sürətlə yerləşdirin, tətbiq edin və qoruyun.