Aldatma sistemləri

Aldatma texnologiyası, pis niyyətliləri aşkarlamaq və onlar haqqında daha çox məlumat əldə etmək üçün saxta şəbəkə mühitlərindən tutmuş Honeypot-lara qədər aldadıcı taktikalardan istifadə edən kibertəhlükəsizlik növüdür. Firewall-lar və son nöqtə aşkarlama sistemləri kimi ənənəvi təhlükəsizlik infrastrukturundan fərqli olaraq, aldatma texnologiyası sadəcə perimetri müdafiə etməyə çalışmır. О, hətta təşkilat daxilindən gələn hər hansı qeyri-qanuni fəaliyyəti aşkar edir və bunu insan təcavüzkarı nöqteyi-nəzərindən həyata keçirir. Aldatmanın son məqsədi - daha yaxşı məlumatlı və hazırlıqlı olmaqla sistem zədələnməsinin qarşısını almaqdır.

Aldatma alətləri vacib məlumat aktivləri və sistemlərini fəal şəkildə qorumaq və davamlı təhdid kəşfiyyatı toplamaqla pis niyyətliləri məşğul etmək və aldatma üsulları vasitəsilə yanlış istiqamətləndirmək üçün istifadə etdiyi süni mühitlərə yönləndirmək getdikcə daha tez-tez istifadə olunur.

Aldatma texnologiyasının məqsədi şəbəkəyə sızmağı bacaran kibercinayətkarın real infrastruktura hər hansı əhəmiyyətli ziyan vurmasının qarşısını almaqdır. Texnologiya bütün infrastrukturda qanuni texnologiya aktivlərini təqlid edən tələlər və ya aldatma fırıldaqları yaratmaqla işləyir. Bu tələlər virtual və ya real əməliyyat sistemi mühitində işləyə bilər və kibercinayətkarı imtiyazları artırmaq və istifadəçi məlumatları oğurlamaq üçün bir vasitə tapdıqlarını düşünməklə yanıltmaq üçün nəzərdə tutulub. Tələ işə düşdükdən sonra bildirişlər ətraflı məumatla birgə mərkəzləşdirilmiş aldatma serverinə göndərilir.