Pasha Insurance

Bununla təsdiq edirəm ki, "SmartIT" şirkəti "Pasha Insurance" şirkətinin İT infrastrukturunun inkişafı layihələrində iştirak edib.

"SmartIT" şirkətinin köməyi ilə "Pasha Insurance"-in şəbəkə, server və telefon infrastrukturu quraşdırılmışdır. Bütün kritik məlumatlar üçün ehtiyat nüsxə saxlanılması konfiqurasiya edilmişdir, kritik sistemlər üçün isə ehtiyat mərkəzində surətlərinin çıxarılması həyata keçirilmişdir. Dayanıqlıq və məlumatların əlçatanlığı kritik hallarda reaksiya testləri ilə dəfələrlə təsdiqlənmişdir.

"SmartIT" tərəfindən şirkətin yeni ofisi üçün 25 il komponent zəmanəti ilə bütün binanın kabel infrastrukturu tam hazırlanmışdır. Bundan başqa, binaya giriş və autentifikasiya sistemləri də quraşdırılmışdır. Şirkətin resurslarına rahat qoşulma üçün simsiz giriş sistemi tətbiq edilmişdir. İT resurslarının yeni binaya miqrasiyası "SmartIT" tərəfindən minimal fasilə vaxtı ilə təşkil edilmişdir.

"Pasha Insurance"da informasiya təhlükəsizliyinin qurulmasına "SmartIT" tərəfindən xüsusi diqqət yetirilmişdir. İnternet girişlərini idarə etmək üçün Palo Alto yeni nəsil şəbəkələrarası ekranları yerləşdirilmişdir. Kritik hostların və xidmətlərin izlənilməsi üçün bildirişli monitorinq sistemi qurulmuşdur. Veb tətbiqlərin qorunması üçün Imperva WAF sistemi yerləşdirilmiş və konfiqurasiya edilmişdir, onun effektivliyi üçüncü tərəf şirkətlərinin testləri ilə təsdiq edilmişdir.


Namiq Heydərov
İT infrastrukturu şöbəsinin müdiri