ADY

Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-də informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş və xarici qoruma üzrə istifadə edilən qoruma sistemlərinin yeni nəsil "PALO ALTO" şəbəkələr arası ekranları (NGFW) ilə əvəzlənməsini həyata keçirmişdir. NGFW köməyi ilə bankın perimetr şəbəkəsi üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:

• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;

Tətbiqi reallaşdırılan layihədə mövcud olan kritik sistemlərin dayanma baş vermədən miqrasiyası həyata keçirilmiş və təhlükəsizlik tədbirlərinin beynəlxalq təcrübəyə əsasən optimallaşdırılması işləri başa çatdırılmışdır. Yeni nəsil şəbəkələr arası ekranlar yüksək dayanıqlıq rejimində quraşdırılmışdır ki, bu da müxtəlif sınaqlarla təsdiqlənmişdir.

Hörmətlə,

Məlumat Hesablama Mərkəzi Departamentinin rəisi

David Əliyev