SmartIT və Bakotech şirkətləri bu yaxınlarda CISO meet-up Basqal Volume 3 adlı tədbir keçirmişdir.

Offline tədbir BAKOTECH, SmartIT, Picus və SOCRadar şirkətləri ilə birgə Basqal Resort & Spa otelində təşkil olunmuşdur. Görüş ən son xəbərləri öyrənmək, qarşılıqlı öyrənmə yolu ilə imkanları genişləndirmək, yeni təcrübə qazanmaq və yeni tanışlıqlar qurmaq üçün əla imkan verən aktual kibertəhlükəsizlik problemlərinə həsr olunmuşdur. Bundan əlavə, spikerlər məhsul və xidmətlərlə bağlı təcrübələrini bölüşmüş, kibermüdafiələrin gücləndirilməsi ilə bağlı dəyərli məsləhətlər vermişlər.

Palo Alto Networks, Picus Security və SOCRadar® Extended Threat Intelligence-dən təzə ideyalar, müzakirələr və ən yaxşı həllərin təqdimatı - hadisəni qısaca belə təsvir etmək olar.

Müzakirə olunan mövzular arasında aşağıdakılar olmuşdur:

- Bulud təhlükəsizliyi statusu

- Palo Alto Networks-dən xidmətlər

- SmartIT-dən MDR xidmətləri

- Davamlı Təhlükəsizlik Yoxlanışı Sənəti

- Hər hücumun başlanğıcı zəncirin ən zəif halqası ilə başlayır: Stealer logs.

- Sənayenin ən tam süni intellektlə işləyən SASE həlli