İcbari Tibbi Sigorta

Bu məktub ilə təsdiq edirik ki, "SmartIT" Məhdud Məsuliyyətli Cəmiyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin server infrastrukturunun qurulması layihəsində iştirak etmişdir. "SmartIT" MMC layihənin bütün mərhələlərində iştirak etmişdir. Xərclərin optimallaşdırılması və Agentliyin genişlənmə planlarını nəzərə alaraq, “SmartIT” MMC Microsoft bulud həllərindən istifadə etməyi təklif etmişdir. Bulud texnologiyalarının tətbiqi hesabına server inrstrukuruna xərclər minimal olmuşdur ki, bu da öz növbəsində təhlükəsizlik və dayanıqlıq kimi aspektlərə diqqət yetirməyə imkan yaratmışdır.
Eyni zamanda, Agentliklə bağlanmış satınalma müqaviləsi çərçivəsində “SmartIT” MMC avadanlıqları nəzərdə tutulmuş müddətdə təhvil vermiş və quraşdırmışdır. Ayrıca qeyd etmək istərdik ki, avadanlıqların sifarişi və çatdırılması müddətinə qədər Agentliyin normal iş ahəngini təmin etmək və avadanlığı gözləmədən işə başlaya bilməsi üçün, “SmartIT” MMC tərəfindən server resursları ilə dəstək verilmişdir.

Server infrastrukturu, hər hansı bir hissəsinin fəaliyyətinin dayanması halında, dayanma müddətini minimuma endirmək üçün layihələndirilmişdir (sonradan testlər zamanı təsdiq edilmişdir). İstifadəçilərin təhlükəsizliyi “Palo Alto Networks” şirkətinin yeni nəsil şəbəkələrarası ekranı (Next Generation Firewall) ilə təmin edilmişdir.

Elektrik, server və şəbəkə infrastrukturu səliqə ilə quraşdırılmış və müvafiq qaydada işarələnmişdir. Quraşdırma yerinə yetirildikdən sonra “SmartIT” MMC tərəfindən davamlı olaraq İT üzrə hər hansı bir problem və ya sual çıxan zaman dəstək göstərilməkdədir.
Agentlik uzun müddət əməkdaşlığı və yuxarıda göstərilənləri nəzərə alaraq, “SmartIT” MMC-nin fəaliyyətini yüksək qiymətləndirir və professional tərəfdaş kimi dəyərləndirir.

Hörmətlə,

İdarə Heyəti sədrinin müavini

Nigar Bayramova