Castel

Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti "Kaspian Telekom" şirkətdə informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş, yeni nəsil "Palo Alto Networks" şəbəkələr arası ekranların (NGFW) quraşdırılmasını həyata keçirmişdir. Layihə çərçivəsində təhlükəsizliyin təmini üçün şəbəkənin seqmentasiyası həyata keçirilmişdir. NGFW köməyi ilə şirkətin həm perimetr şəbəkəsi üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:

• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;

Tətbiqi reallaşdırılan layihədə mövcud olan kritik sistemlərin dayanma baş vermədən quraşdırılması həyata keçirilmiş və təhlükəsizlik tədbirlərinin beynəlxalq təcrübəyə əsasən optimallaşdırılması işləri başa çatdırılmışdır.

Hörmətlə,

Orxan Əliyev

Direktor