SmartIT şirkəti Palo Alto Networks-dən Cortex eXtended Managed Detection and Response (XMDR) İxtisaslaşması və Sertifikatlaşdırılmış Peşəkar Xidmətlər Partnyoru (Certified Professional Services Partner, CPSP) statusunu almışdır.
Azərbaycan kibertəhlükəsizlik şirkəti olan SmartIT şirkəti Palo Alto Networks Cortex® XMDR ixtisaslaşmasını aldığını elan etmişdir. SmartIT, əməliyyat imkanları, biznes tələblərinə cavab verməsi və texniki, satış təminatı və ixtisas imtahanlarından keçərək bu nailiyyəti əldə edən seçilmiş kanal tərəfdaşları qrupuna qoşulur. Cortex XMDR İxtisaslaşması SmartIT şirkətinə öz sinfində ən yaxşı Cortex XDR™ aşkarlama və cavab həllinin gücünü idarə olunan xidmət təklifləri ilə birləşdirməyə imkan verəcək, dünya üzrə müştərilərə idarə olunan aşkarlama və cavab (MDR) xidmətlərini optimallaşdırmağa və kiber təhlükələri tez bir zamanda azaltmağa kömək edəcək.
İxtisaslaşmaya uyğun olmaq üçün Palo Alto Networks partnyorlarının Cortex XDR sertifikatlı SOC analitikləri/təhdid ovçuları (threat hunters) mövcud olmalı və onlar 24/7 əlçatan olmalıdır. XMDR İxtisaslaşması üçün müraciət edən partnyorlar həm də Texniki, Satış Təminatı və İxtisaslaşma imtahanlarından keçməlidirlər. Cortex XMDR İxtisaslı Tərəfdaşları təcrübəli analitikləri, yetkin əməliyyat proseslərini və sübut edilmiş müştəri dəstəyini bazarda lider olan Palo Alto Networks-un aparıcı təhlükəsizlik həlləri ilə birləşdirərək, müştərilərə şəbəkələr, son nöqtələr və bulud aktivləri üzrə hərtərəfli görünürlük, aşkarlama və cavab tədbirləri təqdim etməyə imkan verir.
“Biz, Palo Alto Networks ilə Cortex XMDR İxtisaslı Partnyor kimi tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq. Cortex XMDR İxtisaslı Partnyoru olaraq, biz, 24/7 əhatə dairəsi ilə müştəri təhlükəsizlik əməliyyatlarının gündəlik yükünü yüngülləşdirmək üçün sinifinin ən yaxşı həlli olan Cortex XDR gücünü öz sinfində ən yaxşı kibermüdafiə xidmətlərimizlə birləşdiririk. Bu nailiyyət müştərilərimizi yeni nəsil təhlükəsizlik texnologiyaları və xidmətləri ilə təmin etmək öhdəliyimizi təsdiqləyir”, - deyə SmartIT şirkətinin baş direktoru Qurban Zeynalov bildirib.
SmartIT-in MDR xidməti təhlükəsizlik komandalarını gücləndirmək və bir sıra təhlükəsizlik alətlərinin seçilməsi, əldə edilməsi, istismarı və saxlanması ilə bağlı çətinlikləri aradan qaldırmaqla tam xüsusiyyətli aşkarlama və reaksiya imkanlarının tətbiqini sürətləndirmək üçün nəzərdə tutulub. Bunun üçün SmartIT, son nöqtələrdən, şəbəkələrdən və buludlardan təhdid kəşfiyyatı ilə əlaqəli real vaxt davranış analitikasını təqdim etmək üçün Palo Alto Networks-un bazarda aparıcı texnologiyalarından istifadə edir.
Aparıcı XDR və NTA həllərini dünya səviyyəli MDR əməliyyatları ilə birləşdirən SmartIT, sadələşdirilmiş aylıq abunəlik vasitəsilə təqdim olunan hərtərəfli xidmətləri təmin edə bilir:
• SmartIT tərəfindən tam idarə olunan XDR təminatı: komandamız quraşdırma prosesi boyunca ətraflı təlimat və dəstək təmin etməklə mövcud NTA imkanlarınızla inteqrasiya daxil olmaqla, quraşdırma və konfiqurasiya ilə məşğul olur.
• İdarə olunan texniki xidmət: 24/7/365 XDR əməliyyatları, insidentlərin təyini, təhlükəsizlik ekspertləri tərəfindən təhlil və prioritetləşdirmə.
• Kəşfiyyata əsaslanan təhlükəsizlik: SmartIT Threat Intelligence, Xüsusi Qaydalar və Təhdid Skanı ilə standart aşkarlamadan kənara çıxın.
• Sürətli Müdaxilə: Təhlükəsizlik analitikləri təhdidləri təcrid etmək və pozuntuların təsirini məhdudlaşdırmaq üçün 24/7 növbə ilə işləyirlər.
• SmartIT bütün dünyada biznesinizi dəstəkləyən aparıcı təhlükəsizlik təminatçısıdır. Palo Alto Networks-in sənayedə aparıcı MDR və Cortex İxtisaslaşdırılmış Partnyoru kimi Cortex həlləri ilə təchiz edilmiş proaktiv təhlükəsizlik əməliyyatlarını həyata keçirərək, təhdidləri və rəqəmsal riskləri aşkar etmək və onlara cavab vermək üçün nəzərdə tutulmuş idarə olunan təhlükənin aşkarlanması ilə təhlükəsizlik komandanızı gücləndirir.