Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti Mərkəzi Bankda informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş və daxili və xarici qoruma üzrə istifadə edilən qoruma sistemlərinin yeni nəsil "Palo Alto" şəbəkələr arası ekranları (NGFW) ilə əvəzlənməsini həyata keçirmişdir. Lahiyə çərçivəsində daxili infrastruktur üzrə şəbəkə sxeminin optimallaşdırılması və təhlükəsizliyin təmini üçün şəbəkənin seqmentasiyası həyata keçirilmişdir. NGFW köməyi ilə bankın həm perimetr, həm də daxili şəbəkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:
• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;
• Tuning of virtual firewalls etc.
Tətbiqi reallaşdırılan layihədə mövcud olan kritik sistemlərin dayanma baş vermədən miqrasiyası həyata keçirilmiş və təhlükəsizlik tədbirlərinin beynəlxalq təcrübəyə əsasən optimallaşdırılması işləri başa çatdırılmışdır. Yeni nəsil şəbəkələr arası ekranlar yüksək dayanıqlıq rejimində quraşdırılmışdır ki, bu da müxtəlif sınaqlarla təsdiqlənmişdir.
Veb tətbiqetmələrin qorunması üçün "İmperva WAF" sistemi quraşdırılmış və onun səmərəliliyi kənar şirkət tərəfindən sınaq yoxlamaları ilə təsdiq edilmişdir.
"SmartIT" şirkətinə əməkdaşlığa görə təşəkkür edirik!
Mərkəzi Bank
İnformasiya təhlükəsizliyi şöbəsinin rəisi
E.Şahverdiyev
Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti "Unibank Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətdə informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş, daxili və xarici qoruma üzrə istifadə edilən qoruma sistemlərinin yeni nəsil "Palo Alto Networks" şəbəkələr arası ekranları (NGFW) ilə əvəzlənməsini həyata keçirmişdir. Layihə çərçivəsində daxili infrastruktur üzrə şəbəkə sxeminin optimallaşdırılması və təhlükəsizliyin təmini üçün şəbəkənin seqmentasiyası həyata keçirilmişdir. NGFW köməyi ilə bankın həm perimetr, həm də daxili şəbəkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:
• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;
Tətbiqi reallaşdırılan layihədə mövcud olan kritik sistemlərin dayanma baş vermədən miqrasiyası həyata keçirilmiş və təhlükəsizlik tədbirlərinin beynəlxalq təcrübəyə əsasən optimallaşdırılması işləri başa çatdırılmışdır. Yeni nəsil şəbəkələr arası ekranlar yüksək dayanıqlıq rejimində quraşdırılmışdır ki, bu da müxtəlif sınaqlarla təsdiqlənmişdir.
Hörmətlə,
İdarə Heyəti sədrinin müavini
Fərid Abuşov
Bununla təsdiq edirəm ki, "SmartIT" şirkəti "Expressbank" ASC-də İT təhlükəsizliyinin təmin edilməsi üzrə layihədə iştirak etmişdir.
"SmartIT" şirkətinin köməyi ilə hədəflənmiş hücumların aşkarlanması sistemi - "Group-IB TDS" həlli tətbiq edilmişdir. Bütün fəaliyyət müddəti ərzində "SmartIT" şirkətinin əməkdaşları "Group-IB TDS" tərəfindən yaradılan insidentlərə, həmçinin "Expressbank"dan gələn sorğulara cavab vermişlər. Həmçinin, məhsuldan istifadə zamanı "Group-IB" SOC ixtisaslaşmış əməkdaşları tərəfindən köməklik göstərilmişdir.
"Group-IB" şirkətinin məhsulu digər sistemlər tərəfindən aşkarlanmayan hücumları vaxtında aşkar edərək öz effektivliyini uğurla nümayiş etdirmişdir.
Təhlükəsizlik Departamenti, İnformasiya Təhlükəsizliyi şöbəsinin müdiri
Rasim Kərimov
Bununla təsdiq edirəm ki, "SmartIT" şirkəti "DəmirBank" bankında İT data mərkəzinin qurulması layihəsində iştirak edib. SmartIT şirkəti layihənin aşağıdakı mərhələlərində iştirak etmişdir:
- Mövcud infrastrukturun auditi
- Yeni infrastrukturun layihəsinin hazırlanması
- Yeni infrastrukturun tətbiqi
- Yeni infrastrukturun davamlılığının sınaqdan keçirilməsi
Layihənin icrası zamanı aşağıdakı İT sistemləri tətbiq edilmişdir:
- Active Directory;
- İki faktorlu autentifikasiya;
- Poçt infrastrukturu və Skype for Business;
- Məlumatların Saxlanılması Sistemi;
- Virtual infrastruktur;
- VDI infrastrukturu;
- Antivirus proqramı;
- Avadanlıq və tətbiqlər üçün monitorinq sistemi;
- İstifadəçi hərəkətlərinin auditi sistemi;
- Local Area Network (LAN);
- Wide Area Network (WAN);
During infrastructure deployment, users, data, and systems were migrated without interrupting any business processes.
Tapşırıqlar cari aparat və proqram təminatından istifadə etməklə (informasiya təhlükəsizliyi məhsulları istisna olmaqla) yerinə yetirilmişdir. Optimallaşdırma nəticəsində yeni layihələr üçün istifadə oluna biləcək resurslar boşaldılməşdır.
The special attention was paid to improving the information security of the bank. Separately, it is necessary to mention the implementation of the Next Generation Firewall, which allows:
- Kritik sistemləri, istifadəçiləri, üçüncü tərəf əlaqələrini və s. seqmentləşdirmək;
- İstifadəçilərin internet resurslarından istifadəsinə nəzarət etmək;
- Zərərli fəaliyyəti müəyyən etmək və qarşısını almaq.
Layihənin sonunda həyata keçirilən bütün layihə həlləri üzrə ətraflı sənədlər təqdim olunmuşdur, o cümlədən:
- Dizaynın təsviri;
- İnzibatçı sənədləri;
- Cari konfiqurasiya;
- Xüsusi tapşırıqları yerinə yetirmək üçün addımların təsviri.
İdarə Heyətinin sədri
Fərid Abuşov
Bununla təsdiq edirəm ki, "SmartIT" şirkəti "Millikart LLC" şirkətinin informasiya təhlükəsizliyinin inkişafı layihələrində iştirak etmişdir.
İmtiyazlı istifadəçilərə nəzarət üçün "CyberArk" sistemi quraşdırılmışdır ki, onun köməyi ilə həm daxili istifadəçilər, həm də kənar təchizatçılar üçün kritik sistemlərə girişlər sazlanmışdır.
Məxfi məlumatların sızmasının qarşısının alınması üçün "Digital Guardian" sistemi tətbiq edilmişdir. Bu, kritik məlumatların sızması hallarının qarşısının alınmasının avtomatlaşdırılmasına və səmərəliliyinin artırılmasına imkan vermişdir.
Zəifliklərin idarə eedilməsi üçün informasiya sistemlərinin risklərini azaltmağa və minimuma endirməyə imkan verən "Tenable" sistemi tətbiq edilmişdir.
Layihələr zamanı "SmartIT" şirkəti bütün öhdəliklərini uğurla və vaxtında yerinə yetirmişdir. Biz, "SmartIT" şirkətini informasiya təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olaraq tövsiyə edirik.
During the projects, “SmartIT” company successfully fulfilled all its obligations on time. We recommend “SmartIT” company as a reliable partner in the field of information security.
Hörmətlə,
İcraçı direktor
Məmmədov Elnur Ramazan oğlu
Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-də informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş və xarici qoruma üzrə istifadə edilən qoruma sistemlərinin yeni nəsil "PALO ALTO" şəbəkələr arası ekranları (NGFW) ilə əvəzlənməsini həyata keçirmişdir. NGFW köməyi ilə bankın perimetr şəbəkəsi üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:
NGFW köməyi ilə şirkətin həm perimetr, həm də daxili şəbəkəsi üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:
• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;
Hörmətlə,
Həmid Qəhrəmanzadə
İT Əməliyyatlar Departamentin Rəhbəri
Bununla təsdiq edirəm ki, "SmartIT" şirkəti mövcud şəbəkələr arası ekranın Palo Alto şirkətinin yeni nəsil şəbəkələr arası ekranı ilə əvəz edilməsi layihəsində iştirak etmişdir.
"SmartIT" şirkətinin köməyi ilə konfiqurasiyanın köçürülməsi və eyni zamanda optimallaşdırılması həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, miqrasiya kritik sistemlərin dayanmaması ilə baş verdi ki, bu da şirkətimiz üçün son dərəcə vacibdir. Yeni nəsil şəbəkələr arası ekranlar yüksək dayanıqlılıq rejimində konfiqurasiya edilmişdir və bu, sınaqlarla təsdiqlənmişdir.
"SmartIT" şirkətinə əməkdaşlığa görə təşəkkür edirik.
Baş icraçı direktor v.i.e.
Yaşar Ələsgərov
Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti "Kaspian Telekom" şirkətdə informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş, yeni nəsil "Palo Alto Networks" şəbəkələr arası ekranların (NGFW) quraşdırılmasını həyata keçirmişdir. Layihə çərçivəsində təhlükəsizliyin təmini üçün şəbəkənin seqmentasiyası həyata keçirilmişdir. NGFW köməyi ilə şirkətin həm perimetr şəbəkəsi üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:
• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;
Tətbiqi reallaşdırılan layihədə mövcud olan kritik sistemlərin dayanma baş vermədən quraşdırılması həyata keçirilmiş və təhlükəsizlik tədbirlərinin beynəlxalq təcrübəyə əsasən optimallaşdırılması işləri başa çatdırılmışdır.
Hörmətlə,
Orxan Əliyev
Direktor
Bununla təsdiq edirik ki, "SmartIT" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-də informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihədə iştirak etmiş və xarici qoruma üzrə istifadə edilən qoruma sistemlərinin yeni nəsil "PALO ALTO" şəbəkələr arası ekranları (NGFW) ilə əvəzlənməsini həyata keçirmişdir. NGFW köməyi ilə bankın perimetr şəbəkəsi üzrə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. NGFW tətbiqi zamanı aşağıdakı funksional imkanlarından istifadə olunub:
• İstifadəçilərin identifikasiyası;
• Tətbiqetmələrin identifikasiyası;
• Tətbiqetmə və istifadəçilər arası seqmentasiya;
• Müdaxilələrin qarşısının alınması sistemi;
• Veb səhifələrin təsnifatı sistemi;
• Zərərli trafikin identifikasiyası;
Tətbiqi reallaşdırılan layihədə mövcud olan kritik sistemlərin dayanma baş vermədən miqrasiyası həyata keçirilmiş və təhlükəsizlik tədbirlərinin beynəlxalq təcrübəyə əsasən optimallaşdırılması işləri başa çatdırılmışdır. Yeni nəsil şəbəkələr arası ekranlar yüksək dayanıqlıq rejimində quraşdırılmışdır ki, bu da müxtəlif sınaqlarla təsdiqlənmişdir.
Hörmətlə,
Məlumat Hesablama Mərkəzi Departamentinin rəisi
David Əliyev
Bu məktub ilə təsdiq edirik ki, "SmartIT" Məhdud Məsuliyyətli Cəmiyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin server infrastrukturunun qurulması layihəsində iştirak etmişdir. "SmartIT" MMC layihənin bütün mərhələlərində iştirak etmişdir. Xərclərin optimallaşdırılması və Agentliyin genişlənmə planlarını nəzərə alaraq, “SmartIT” MMC Microsoft bulud həllərindən istifadə etməyi təklif etmişdir. Bulud texnologiyalarının tətbiqi hesabına server inrstrukuruna xərclər minimal olmuşdur ki, bu da öz növbəsində təhlükəsizlik və dayanıqlıq kimi aspektlərə diqqət yetirməyə imkan yaratmışdır.
Eyni zamanda, Agentliklə bağlanmış satınalma müqaviləsi çərçivəsində “SmartIT” MMC avadanlıqları nəzərdə tutulmuş müddətdə təhvil vermiş və quraşdırmışdır. Ayrıca qeyd etmək istərdik ki, avadanlıqların sifarişi və çatdırılması müddətinə qədər Agentliyin normal iş ahəngini təmin etmək və avadanlığı gözləmədən işə başlaya bilməsi üçün, “SmartIT” MMC tərəfindən server resursları ilə dəstək verilmişdir.
Server infrastrukturu, hər hansı bir hissəsinin fəaliyyətinin dayanması halında, dayanma müddətini minimuma endirmək üçün layihələndirilmişdir (sonradan testlər zamanı təsdiq edilmişdir). İstifadəçilərin təhlükəsizliyi “Palo Alto Networks” şirkətinin yeni nəsil şəbəkələrarası ekranı (Next Generation Firewall) ilə təmin edilmişdir.
Elektrik, server və şəbəkə infrastrukturu səliqə ilə quraşdırılmış və müvafiq qaydada işarələnmişdir. Quraşdırma yerinə yetirildikdən sonra “SmartIT” MMC tərəfindən davamlı olaraq İT üzrə hər hansı bir problem və ya sual çıxan zaman dəstək göstərilməkdədir.
Agentlik uzun müddət əməkdaşlığı və yuxarıda göstərilənləri nəzərə alaraq, “SmartIT” MMC-nin fəaliyyətini yüksək qiymətləndirir və professional tərəfdaş kimi dəyərləndirir.
Hörmətlə,
İdarə Heyəti sədrinin müavini
Nigar Bayramova
Bununla təsdiq edirəm ki, "SmartIT" şirkəti "Pasha Insurance" şirkətinin İT infrastrukturunun inkişafı layihələrində iştirak edib.
"SmartIT" şirkətinin köməyi ilə "Pasha Insurance"-in şəbəkə, server və telefon infrastrukturu quraşdırılmışdır. Bütün kritik məlumatlar üçün ehtiyat nüsxə saxlanılması konfiqurasiya edilmişdir, kritik sistemlər üçün isə ehtiyat mərkəzində surətlərinin çıxarılması həyata keçirilmişdir. Dayanıqlıq və məlumatların əlçatanlığı kritik hallarda reaksiya testləri ilə dəfələrlə təsdiqlənmişdir.
"SmartIT" tərəfindən şirkətin yeni ofisi üçün 25 il komponent zəmanəti ilə bütün binanın kabel infrastrukturu tam hazırlanmışdır. Bundan başqa, binaya giriş və autentifikasiya sistemləri də quraşdırılmışdır. Şirkətin resurslarına rahat qoşulma üçün simsiz giriş sistemi tətbiq edilmişdir. İT resurslarının yeni binaya miqrasiyası "SmartIT" tərəfindən minimal fasilə vaxtı ilə təşkil edilmişdir.
"Pasha Insurance"da informasiya təhlükəsizliyinin qurulmasına "SmartIT" tərəfindən xüsusi diqqət yetirilmişdir. İnternet girişlərini idarə etmək üçün Palo Alto yeni nəsil şəbəkələrarası ekranları yerləşdirilmişdir. Kritik hostların və xidmətlərin izlənilməsi üçün bildirişli monitorinq sistemi qurulmuşdur. Veb tətbiqlərin qorunması üçün Imperva WAF sistemi yerləşdirilmiş və konfiqurasiya edilmişdir, onun effektivliyi üçüncü tərəf şirkətlərinin testləri ilə təsdiq edilmişdir.
Namiq Heydərov
İT infrastrukturu şöbəsinin müdiri