Genişləndirilmiş aşkarlama və cavab tədbirləri (XDR)
Genişləndirilmiş aşkarlama və cavab tədbirləri (Extended detection and response, XDR) kiberhücumlardan, icazəsiz girişlərdən və sui-istifadədən hərtərəfli qorunma təmin edən təhdidlərin aşkarlanması və reaksiyasına yeni yanaşmadır. 2018-ci ildən XDR bütün məlumat mənbələrində aşkarlama və cavablandırma üzrə ənənəvi təhlükəsizlik həllərini üstələyir. O, son nöqtə, şəbəkə və bulud məlumatları daxil olmaqla, bütün məlumatlarda geniş görünmə təmin edir, eyni zamanda günümüzün getdikcə daha təkmilləşən təhdidlərini təhlil etmək üçün analitika və avtomatlaşdırma tətbiq edir. XDR ilə kibertəhlükəsizlik komandaları aşağıdakı üstünlükləri əldə edir:
- Gizli və mürəkkəb təhdidləri fəal və tez müəyyən edir;
- Təşkilat daxilində istənilən mənbə və ya məkan üzrə təhdidləri izləyir;
- Texniki vasitələrdən istifadə edən insanların məhsuldarlığını artırır;
- Təhlükəsizlik investisiyaları baxımından daha çox faydalıdır;
- Araşdırmaları daha səmərəli şəkildə həyata keçirir.
XDR bir neçə təhlükəsizlik məhsulunu vahid təhlükəsizlik əməliyyatları sisteminə inteqrasiya edən SaaS-əsaslı təhlükəsizlik təhdidinin aşkarlanması və insidentlərə cavab üçün nəzərdə tutulmuş bir vasitəsidir. XDR real vaxt rejimində təhlükənin aşkarlanması, təhqiqatı, cavab tədbirləri və ovlanmasını optimallaşdıran EDR (Endpoint Detection and Response) həllərinin təkamülüdür. XDR təhlükəsizliklə əlaqəli son nöqtə aşkarlamalarını şəbəkə təhlili və görünmə (Network Analysis and Visibility, NAV), e-poçt təhlükəsizliyi, identifikasiya və girişlərin idarə edilməsi, bulud təhlükəsizliyi və s. kimi təhlükəsizlik və biznes alətlərini telemetriya üzrə birləşdirir. Bu, təhlükəsizlik qruplarına çeviklik, genişlənmə və avtomatlaşdırma imkanları təqdim etmək üçün böyük məlumat infrastrukturu üzərində qurulmuş bulud əsaslı platformadır.