"SmartIT" və "Bakotech" şirkətləri "CISO Meetup 2022" adlı konfrans keçirmişdir
29 sentyabr 2022-ci il tarixində “SmartIT” şirkəti “Bakotech” distribütor şirkəti ilə birlikdə Çexiyanın paytaxtı, Praqa şəhərində “CISO Meetup 2022” adlı konfrans keçirmişdir.
Tədbirdə Palo Alto Networks, Help Systems, Picus Security və Tenable kimi aparıcı informasiya və kibertəhlükəsizlik vendorlarının nümayəndələri iştirak etmişdir.
Konfransda qeyd edilən vendorların məhsullarının yeni xüsusiyyətləri, eləcə də informasiya və kibertəhlükəsizlik sahəsinə aid aktual məsələlər təqdim olunmuşdur.
Tədbirə özəl və dövlət sektorunun müxtəlif sahələrindən olan təşkilatların təhlükəsizlik xidmətlərinin rəhbərləri iştirakçı kimi dəvət olunmuşdur.