2206 scaled

SmartIT, Palo Alto Networks və MUK Azerbaijan tərəfindən təşkil olunan CISO Meetup: Outdoor Experience tədbiri kibertəhlükəsizlik sahəsinin rəhbər və mütəxəssislərini bilik və təcrübə mübadiləsi, peşəkar əlaqələrin qurulması və informasiya təhlükəsizliyi sahəsində aktual çağırışların müzakirəsi məqsədilə bir araya gətirdi.

Proqramın ilk hissəsi Astara rayonunun füsunkar Sim kəndində təşkil olunan hiking yürüşünü əhatə edirdi. İştirakçılar möhtəşəm dağ mənzərələrindən zövq alıb, mənzərəli şəlaləni ziyarət edib və bölgənin unikal təbiəti ilə yaxından tanış olublar. Açıq hava formatı qeyri-rəsmi ünsiyyət, təcrübə mübadiləsi və peşəkar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli mühit yaradıb.

Proqramın ikinci hissəsi təhlükəsizlik əməliyyatlarının inkişafı və SOC transformasiyası üzrə müasir yanaşmalara fokuslanmışdı. Biznes sessiyası çərçivəsində aşağıdakı mövzular müzakirə edildi:

• From Point Tools to an Integrated SOC Platform
• Enhancing Palo Alto Environments with SmartIT
• SmartIT SOC Solution
• Audit, Risk & GRC Services

Təqdimatlar iştirakçılara SOC-un inkişafı, kiberdavamlılığın gücləndirilməsi və müasir kibertəhlükəsizlik proqramlarının qurulması və effektiv idarə olunması sahəsində praktiki yanaşmalarla tanış olmaq imkanı yaradıb

Məruzəçilərimiz Fuad Malikov və Erdem Ocal-a dəyərli ekspert biliklərini, praktik tövsiyələrini və məzmunlu təqdimatlarını iştirakçılarla bölüşdüklərinə görə səmimi təşəkkürümüzü bildiririk.

Tədbirə qatılan bütün iştirakçılara və tərəfdaşlara fəal iştiraklarına, maraqlı müzakirələrə və bu tədbirin məhsuldar və yaddaqalan keçməsinə verdikləri töhfəyə görə təşəkkür edirik.

Gələcək SmartIT tədbirlərində yenidən görüşmək ümidi ilə!