İstifadəçi təhlükəsizliyi məlumatlılığı platformaları
İstifadəçi təhlükəsizliyi məlumatlılığı, adətən təşkilatların təhlükəsizlik siyasətinin tərkib hissəsi olaraq “phishing” və digər sosial mühəndislik hücumları da daxil olmaqla kibercinayətlərdən qorumağa kömək etmək üçün işçilərin maarifləndirilməsi və sınaqdan keçirilməsini özündə cəmləşdirir. Təhlükəsizlik məlumatlılığına son istifadəçi təhlükəsizliyin ən yaxşı təcrübələri və təşkilatların hər gün üzləşdiyi kibertəhlükələrə dair məlumatlılıq və anlayış səviyyəsi daxildir.
Kibertəhlükələrin həcmi getdikcə genişləndikcə və yeni təhdidlər diqqət mərkəzinə düşdükcə, müvafiq olaraq kiberhücumların 90%-dən çoxunun arxasında insan səhvi üzrə edilən hücumlar dayanır. Effektiv təhlükəsizlik maarifləndirilməsi platforması ilə təşkilatınızın kiber riskılərini azaldaraq, əməkdaşlarınızı kiberhücumlara qarşı ilk müdafiə xəttinə çevirə bilərsiniz. Bu günün mürəkkəb təhlükələri fonunda hər bir işçi e-poçt təhlükəsizliyinə cavabdeh olmalıdır. Bir işçinin yalnız bir səhvi, hər hansı bir e-poçtda naməlum keçidə klikləməklə fırıldaqçılıq, məlumatların sızması və ya pozulması ilə böyük xərclərə gətirə bilər və şirkətinizin nüfuzuna xələl gətirə bilər.
İstifadəçinin təhlükəsizliyi ilə bağlı maarifləndirmə təlimləri təşkilatınızdakı hər bir işçiyə “phishing”, zərərli proqram, “ransomware” və “spyware” də daxil olmaqla kritik məlumat və sistemlərə ziyan vura biləcək potensial təhlükələri tanımağa, onlardan yayınmağa və bu barədə məlumat verməyə kömək edir. Təlimin bir hissəsi olaraq, məlumatlılıq dərəcəsini yoxlamaq və gücləndirmək üçün saxta “phishing” və digər hücum simulyasiyalarından istifadə olunur.